AZ

“Euronews”: Bakı şəhərsalma problemlərinin həlli mərkəzinə çevrilir 

Bakı, 16 aprel, AZƏRTAC

“Euronews”da Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı reportaj hazırlanıb.

AZƏRTAC xəbər verir ki, dünyada hələ də hamı üçün ev təminatının ən böyük problemlərdən biri olduğu qeyd olunan reportajda Bakıda keçiriləcək WUF13 zamanı insanların rahat yaşaması, evlərin ucuz olması və şəhərlərin düzgün planlaşdırılmasının əsas müzakirə mövzularından biri olacağı qeyd olunub.

Bildirilir ki, hazırda dünyada bir milyarddan çox insan pis şəraitdə yaşayır. Şəhərlərə köçün artması və qiymətlərin bahalaşması vəziyyəti daha da çətinləşdirir. May ayında keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında bu problemlərin həlli yolları axtarılacaq.

İnsanların həyatını yaxşılaşdırmaq üçün şəhərlərdə böyük tikinti və bərpa layihələri həyata keçirilir. Məqsəd hər kəsin keyfiyyətli evlə təmin olunması və cəmiyyətdə sabitliyin qorunmasıdır. Mütəxəssislər bildirirlər ki, evlər tikilərkən iş yerləri, yollar və insanların ehtiyacları da nəzərə alınmalıdır.

Seçilən
30
4
azertag.az

5Mənbələr