AZ

Hava limanında DƏHŞƏTLİ ANLAR

Soçi rayonunda dörd sərnişin təyyarəsini ildırım vurub.

Publika.az xəbər verir ki, bu barədə "Aviatorşina" "Telegram" kanalı məlumat yayıb.

Qeyd olunub ki, hadisədən ilk olaraq Permdən uçan təyyarə zərər çəkib. Aprelin 15-i səhər saat 7:00 radələrində ildırım laynerə dəyərək onda altı dəlik açıb və burun hissəsində izlər qoyub. Hava gəmisinin komandiri enişi davam etdirmək və Soçi hava limanına enmək qərarına gəlib.

Bir saatdan bir qədər çox vaxt keçdikdən sonra ildırım eyni anda iki təyyarəni vurub; həmin vaxt onlardan biri enişə hazırlaşır, digəri isə havaya qalxırmış. Şeremetyevodan SU-1110 reysini həyata keçirən Airbus A320 (RA-73172) heyəti 1830 metr hündürlükdə təyyarəyə ildırım dəydiyi barədə məlumat verib.

Təxminən eyni vaxtda, elə həmin hündürlükdə, lakin Soçidən havaya qalxdıqdan sonra Çelyabinskə DP-323 reysini yerinə yetirən Boeing 738 (RA-73244) təyyarəsini də elektrik boşalması vurub. Komandir bu barədə dispetçerlərə məlumat verib və təyinat hava limanına qədər uçmağa qərar verib. Balandino hava limanında təyyarəyə baxış keçirilərkən xarakterik zədələr — antena örtüyündəki metal boşaldıcının zərər gördüyü aşkar edilib.

Seçilən
8
publika.az

1Mənbələr