AZ

Ötən gün narkotiklərlə əlaqəli 33 fakt müəyyən edilib

Ötən

Aprelin 16-da ölkə ərazisində qeydə alınan 70, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ulusum.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 95, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 13 və dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Həmçinin narkotiklərlə əlaqəli 33 fakt müəyyən edilib. Əməliyyat tədbirləri ilə ümumi çəkisi 4,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 19 avtomat silahı, 1 tapança, 7 tüfəng, 6 patron darağı və 17 ədəd patron aşkar olunaraq götürülüb.Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər də saxlanılıb.

Diqqət Çəkənlər

Zamanın nəbzini tutan xanım!

2 yaşlı uşaq boğazından bıçaqlandı

Müslüm Cabbarzadə nazir müavini TƏYİN OLUNDU

Seçilən
49
22
ulusum.az

10Mənbələr