AZ

Messi İspaniyanın “Kornelya” futbol klubunu aldı

ain.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.

Argentina milli komandasının və “İnter Mayami” klubunun hücumçusu Lionel Messi İspaniya Kral Futbol Federasiyasının üçüncü divizionunda yer alan “Kornelya” klubunu satın alıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano sosial media səhifəsində məlumat verib.

O, klubun səhmlərinin 100%-nin sahibi oldu.

Qeyd edək ki, bundan əvvəl portuqaliyalı hücumçu Kriştianu Ronaldonun İspaniyanın ikinci divizionunda çıxış edən “Almeriya” futbol klubunun 25%-lik səhmini əldə etdiyini bildirmişdi.

Xatrladaq ki, 38 yaşlı Messi səkkiz dəfə “Qızıl top” mükafatçısıdır. Argentinalı futbolçu Avropada PSJ və “Barselona” klublarında oynayıb, orada dörd dəfə Çempionlar Liqasını, üç dəfə UEFA Super Kubokunu və üç dəfə FIFA Klublararası Dünya Kubokunu qazanıb. Hücumçu FIFA Dünya Kuboku çempionu (2022), Dünya Kubokunun ikinci yeri (2014), Olimpiya çempionu (2008) və iki dəfə Amerika Kubokunun qalibidir (2021, 2024).

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
4
yeniavaz.com

10Mənbələr