AZ

“İmişli”nin baş məşqçisi komandadan AYRILIR?

Bizim media saytına istinadən ain.az xəbər verir.

“İmişli” mövsüm sonunda baş məşqçisi Jorj Kaşkilya ilə yollarını ayıra bilər.Bizim.Media xəbər verir ki, buna səbəb portuqaliyalı mütəxəssis və klub arasında olan müqavilə müddətinin yayda başa çatmasıdır. 

 

Buna baxmayaraq, Kaşkilya karyerasını Azərbaycanda davam etdirə bilər. Belə ki, cari mövsümdə “İmişli” ilə göstərdiyi nəticələr səbəbindən portuqaliyalı yerli klubların diqqətini cəlb etməyi bacarıb.

İkinci altılıqda qərarlaşan klublardan bir neçəsi yeni mövsüm Kaşkilyanı komandasında görmək istəyir.Qeyd edək ki, Jorj Kaşkilya 2025-ci ilin yayında “İmişli”nin baş məşqçisi təyin olunub.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
4
bizim.media

5Mənbələr