AZ

Bakıda səhnəyə çıxmaq istəməyən məşhur türkiyəli müğənni vəfat etdi

ain.az, Avtosfer saytına istinadən bildirir.

Son günlər ifa etdiyi "Benden sonra" mahnısı ilə məşhurluq qazanan Rıza Tamer vəfat edib.Avtosfer.az xəbər verir ki, bu barədə "Hürriyet" məlumat yayıb.Bildirilib ki, səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilən müğənni bütün tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.Məlumatı onun mətbuat katibi də təsdiqləyib."10 dəqiqə əvvəl ölüm xəbərini aldım, şokdayam", - deyə o bildirib.Xatırladaq ki, ötən ilin yayında Rıza Tamer Azərbaycanda konsert vermək istəyib, lakin sonradan tədbir ləğv edilib. O, Bakıda planlaşdırdığı konsertini ləğv etməyini türk lirəsinin Azərbaycanda istifadə olunmaması ilə əlaqələndirib. Onun "türk lirəsinin işləmədiyi ölkələrdə konsert verməyəcəyi" açıqlaması Azərbaycanda geniş müzakirələrə səbəb olmuşdu. Daha sonrakı açıqlamasında R.Tamer Bakıya həm konsert, həm də gəzmək üçün bir gün əvvəl gəldiklərini və ölkəmizlə bağlı heç bir problemin olmadığını bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
avtosfer.az

1Mənbələr