AZ

Mütaliəni interaktiv oyuna çevirən tətbiq təqdim edilib  

“Character.AI” istifadəçilər üçün yeni “Books” funksiyasını təqdim edib. Yeni rejim klassik kitabları adi oxu formatından çıxararaq interaktiv rol oyunu təcrübəsinə çevirir. Şirkətin məqsədi istifadəçilərə süni intellekt ilə daha təhlükəsiz və strukturlaşdırılmış əyləncə formatı təqdim etməkdir.

İstifadəçilər məşhur əsərlərin hadisələrinin içinə daxil ola və istədikləri obraz kimi iştirak edə bilərlər. Başlanğıc mərhələdə “Project Gutenberg” kitabxanasından götürülmüş 20-dən çox klassik əsər təqdim olunur.

Bunların sırasında “Alice’s Adventures in Wonderland”, “Pride and Prejudice”, “Dracula”, “Frankenstein”, “Romeo and Juliet” və “The Great Gatsby” kimi məşhur əsərlər yer alır.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Seçilən
20
azerbaijan-news.az

1Mənbələr