AZ

Tramp iki-üç gün ərzində İranla razılaşmanın ola biləcəyini deyib

Vaşinqton, 17 aprel, AZƏRTAC

ABŞ və İran nümayəndələri çox güman ki, bu həftə sonu görüşəcəklər.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Axios”a müsahibəsində deyib.

"İranlılar görüşmək, razılaşma əldə etmək istəyirlər. Düşünürəm ki, həftə sonu görüş keçiriləcək. Zənnimcə, növbəti bir-iki gün ərzində razılaşma əldə edəcəyik", - deyə o bildirib.

Daha əvvəl “Axios” mənbəyə istinadən müzakirə olunan razılaşmanın elementlərindən biri kimi ABŞ-nin İranın zənginləşdirilmiş uran ehtiyatından imtina etməsi müqabilində dondurulmuş İran vəsaitlərindən 20 milyard dolları azad edəcəyini yazıb.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Seçilən
18
1
azertag.az

2Mənbələr