AZ

“Blok imtahanında iştirak etməyi planlaşdırmıram” - 300 bal yığan Aydın

Xəbər verdiyimiz kimi, tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 9-da keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub və 2 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, həmin şagirdlərdən biri olan Aydın Həsənli fikirlərini bölüşüb.

O qeyd edib ki, imtahanda yüksək nəticə əldə edəcəyini gözləyirmiş:

“Nəticəni yüksək gözləyirdim. İmtahana hazırlaşanda hazırlıqlardan əlavə çalışırdım ki, dinləmə materialları və mətnlər işləyim. Bu mənə olduqca kömək etdi. Planlarıma gəlincə, Bakı Ali Neft Məktəbində təhsil almaq, daha sonra magistratura təhsilimi xaricdə davam etdirmək istəyirəm.

Respublika Fənn Olimpiadalarında riyaziyyat fənni üzrə ikinci yeri tutaraq gümüş medal qazanmışam. Bu da mənə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul imkanı yaratdığı üçün, blok imtahanında iştirak etməyi planlaşdırmıram.

İmtahanın çətinliyi ilə bağlı deyilənlərə gəlincə isə, çətinlik açıq sualların çox vaxt tələb etməsi idi. Və mən bu yerdə zamana qalib gəlməyi bacardım”.

Seçilən
15
6
manset.az

7Mənbələr