AZ

Zelenski Hörmüzlə bağlı çağırış etdi

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Hörmüz boğazında yaranan təhlükələrlə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.

Globalinfo.az xəbər verir ki, dövlət başçısı bu barədə Teleqram hesabında paylaşdığı müraciətdə bildirib. O qeyd edib ki, boğazdakı təhdidlərin aradan qaldırılması üçün ölkələrin birgə fəaliyyət göstərməsi vacibdir.

Onun sözlərinə görə, bu addım qlobal miqyasda naviqasiya azadlığının qorunmasına xidmət edəcək.

Zelenski vurğulayıb ki, Hörmüz boğazı ilə bağlı qəbul olunacaq qərarlar digər regionlarda da oxşar vəziyyətlərin necə qarşılanacağını müəyyən edəcək. O qeyd edib ki, bu məsələ yalnız regional deyil, beynəlxalq təhlükəsizlik baxımından da mühüm əhəmiyyət daşıyır.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
globalinfo.az

1Mənbələr