AZ

Lənkəranda zəncirvari yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var

Bakı. Trend:

Lənkəranda baş verən zəncirvari yol-nəqliyyat hadisəsinəticəsində 7 nəfər xəsarət alıb.

Trend xəbər verir ki, hadisəLənkəran–Boradigah–Masallı magistralında, rayonun Girdəni kəndiərazisində baş verib.

Lənkəran rayonunun Separadi kənd sakini, 1996-cı il təvəllüdlüElmar Hünər oğlu Cəfərli idarə etdiyi “Renault” markalı nəqliyyatvasitəsi ilə hərəkətdə olarkən Vilvan kənd sakini, 2002-ci iltəvəllüdlü Şərif Şəfi oğlu Hüseynzadənin idarə etdiyi “ToyotaPrius” markalı minik avtomobili ilə toqquşub. Toqquşmanıntəsirindən “Toyota Prius” digər “Toyota” markalı nəqliyyatvasitəsinə çırpılıb.

Zəncirvari qəza nəticəsində hər iki sürücü olmaqla ümumilikdə 7nəfər xəsarət alıb. Yaralananlar arasında Separadi kənd sakinləri –1977-ci il təvəllüdlü Fuad Nayib oğlu Şərifov, 1995-ci iltəvəllüdlü Ağadadaş Səməd oğlu Ağazadə, 1978-ci il təvəllüdlü RamilRəsul oğlu Məmmədov, həmçinin Vilvan kənd sakinləri – 1999-cu iltəvəllüdlü Elşad Qılman oğlu Musazadə və 1999-cu il təvəllüdlüRamil Əbülfət oğlu Əzimov da var.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardımşöbəsinə hospitalizasiya olunublar və onlara zəruri ilkin tibbiyardım göstərilib. Vəziyyəti daha ağır olan R. Məmmədov reanimasiyaşöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
17
17
az.trend.az

10Mənbələr