AZ

Yaz günəşi təhlükəlidir

Yaz

Yaz aylarında günəş şüaları dəri üçün təhlükə yarada bilər. Mütəxəssislər bildirir ki, sərin hava insanlarda yanlış təhlükəsizlik hissi yaradır və bu səbəbdən günəş yanığı riski artır.Ulusum.az xəbər verir ki, bu barədə terapevt İrina Volgina məlumat verib. O bildirib ki, qışdan sonra dəri daha həssas olur və ultrabənövşəyi şüaların təsiri daha güclü hiss edilir. Onun sözlərinə görə, insanlar temperatur aşağı olduğu üçün günəş altında çox qaldıqlarını hiss etmir və nəticədə dəri zədələnə bilər.Həkim vurğulayıb ki, bu vəziyyət erkən qocalma, piqment ləkələri və digər dəri problemlərinə səbəb ola bilər. Qorunmaq üçün SPF 30+ və ya SPF 50+ kremlərdən istifadə etmək, papaq taxmaq və günün pik saatlarında günəş altında qalmamaq tövsiyə olunur.R.İkramlı

Diqqət Çəkənlər

Onun ölümündən 5 il keçir

ADY: Kürdəmir stansiyası qapılarını sərnişinlərə açır

Azərbaycan neftinin qiyməti 115 dolları ötdü

Seçilən
25
ulusum.az

1Mənbələr