AZ

Azərbayan cüdoçusu Zelim Tçkayev Avropa çempipnatında yarımfinala yüksəlib

Azərbaycanın cüdoçusu Zelim Tçkayev (81 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Far.Az report-a istinadən xəbər verir ki, idmançı 1/4 finalda Vasiliye Qesiliye Qruyeviçə (Serbiya) qalib gəlib

Xatırladaq ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar. Azərbaycan turnirdə 15 cüdoçu ilə təmsil olunur. Bu gün mübarizəyə qoşulan digər təmsilçilərimizdən Südabə Ağayeva (70 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) yarışı mükafatsız başa vurublar.

**11:29

Azərbaycan cüdoçusu Südabə Ağayeva (70 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında ardıcıl ikinci qələbəsini qazanıb.

Far.Az report-a istinadən xəbər verir ki, idmançı bu dəfə Böyük Britaniya təmsilçisi Kelli Petersendən üstün olub.

***11:11

Azərbaycanın daha bir cüdoçusu Ömər Rəcəbli (81 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

Far.Az report-a istinadən xəbər verir ki, idmançı 1/16 finalda Abdul-Kerim Tasuyevlə (Rusiya) üz-üzə gəlib.

Rəqibini məğlub edən Ö. Rəcəbli 1/8 finala vəsiqə qazanıb.

Xatırladaq ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar. Azərbaycan turnirdə 15 cüdoçu ilə təmsil olunur.

***11:04

Azərbaycanın daha bir cüdoçusu Zelim Tçkayev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

Far.Az report-a istinadən xəbər verir ki, idmançı 1/16 finalda Nase Herkoviçlə (Sloveniya) üz-üzə gəlib.

Rəqibini məğlub edən Z. Tçkayev növbəti raunda yüksəlib.

Xatırladaq ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar. Azərbaycan turnirdə 15 cüdoçu ilə təmsil olunur.

***10:49

Azərbaycan cüdoçusu Südabə Ağayeva (70 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

Far.Az report-a istinadən xəbər verir ki, idmançı 1/32 finalda Maya Goşenlə (İsrail) üz-üzə gəlib.

Rəqibini məğlub edən S.Ağayevə növbəti raunda vəsiqə qazanıb.

Bu gün Zelim Tçkayev, Ömər Rəcəbli (hər ikisi 81 kq) və Murad Fətiyev (90 kq) də tatamiyə çıxacaq.

Xatırladaq ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar. Azərbaycan turnirdə 15 cüdo ilə təmsil olunur.

Seçilən
1
11
far.az

10Mənbələr