"69 yaşımda etiraf edim? Gecdir... O vaxt Firuzə İbadovanı bəyənirdim, istədim onu. 16-17 yaşı var idi. Mənim də eyni. İstəyirdim, gedib-gəlirdim, razılaşmadı. İndi deyir ki, bilsəydim Kukla Teatrında işləyəcəksən, razılaşardım".
Bu sözləri Əməkdar artist Rəhman Rəhmanov "Günə bax" verilişində deyib.
Aktyor Əməkdar artist Firuzə İbadova ilə bağlı etiraf edib. O bildirib ki, illər əvvəl müğənniyə elçi düşüb.
Firuzə İbadova isə onun sözlərinə "Ürəyinə gəlir, deyir. Qoy, desin. Rəhmanı və xanımını çox istəyirəm. Sənətimi o qədər sevirdim ki... O qədər elçi gəlirdi. Mənim bir Məcnunum var idi: səhnə. İndiyə qədər də sənətimi sevirəm" cavabını verib. (Axşam.az)