AZ

Prezident cənab İlham Əliyevə Ş İ K A Y Ə T


Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevə

Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 29, mənzil 179 ünvanında yaşayan Abbasov Fidan Loğman qızı tərəfindən Telefon:055-......

 

                                             ŞİKAYƏT

 

Bildirmək istəyirəm ki, əvvəllər keçmiş vəkil Adəm Məmmədov tərəfindən üzləşdiyim qanunsuz və qeyri-etik davranışlardan sonra, hazırda vəkil Şaiq Mirzəyevin hərəkətləri artıq məni son həddə çatdırmış, həyatımı və psixoloji durumumu dözülməz vəziyyətə salmışdır. Onun davamlı, məqsədli və sistemli xarakter daşıyan təzyiqi, bezdirici davranışları və açıq-aşkar qanunsuz hərəkətləri nəticəsində mən və azyaşlı qızımın hüquqları kobud şəkildə pozulmuş, normal həyat şəraitimiz ciddi şəkildə sarsıdılmışdır. Belə ki, tərəfimdən Orxan İsmayılzadəyə qarşı “atalığın müəyyən edilməsi və s.” tələbləri ilə məhkəməyə müraciət edilmişdir. Həmin işdə cavabdeh Orxan İsmayılzadənin vəkili olan Şaiq Mirzəyev öz peşə fəaliyyətinin mahiyyətini tamamilə kənara qoyaraq, vəkil statusundan sui-istifadə etməklə mənə qarşı qeyri-qanuni təsir və təzyiq vasitələrinə əl atmışdır. Bakı Apellyasiya Məhkəməsində işi qazandıqdan sonra o, mənimlə əlaqə saxlayaraq guya “barışıq” təklifi ilə çıxış etmiş, lakin bu təklifin arxasında açıq şəkildə təzyiq və hədə-qorxu olmuşdur. O, qarşı tərəfin maddi imkanlarının və “gücünün” çox olduğunu xüsusi vurğulayaraq məni psixoloji təzyiq altında razılaşmaya məcbur etməyə çalışmış, hətta iddiamdan imtina etməyim müqabilində 65.000 manat pul məbləğində (qızımın 18 yaşınadək olan aliment pulu kimi) təklif etmişdir. Mən bu qeyri-qanuni və hüquqlarıma zidd təkliflə razılaşmadığımı qəti şəkildə bildirdikdən sonra onun davranışları daha da aqressiv xarakter almış, mənə qarşı qanusnuz təzyiqləri başlamışdır. Daha sonra isə mənim mövqeyim nəzərə alınmadan, birtərəfli qaydada, yalnız qarşı tərəfin maraqlarına xidmət edən, mənim və xüsusilə azyaşlı qızımın hüquqlarını açıq şəkildə pozan bir “barışıq sazişi” hazırlanaraq mənə təqdim edilmişdir. Həmin sənədlə tanış olduqdan sonra onun qəbuledilməz olduğunu, hüquqlarımızı kobud şəkildə məhdudlaşdırdığını bildirərək onu imzalamaqdan qəti şəkildə imtina etdim. Bundan sonra Şaiq Mirzəyev müxtəlif dövlət qurumlarına anonim və əsassız şikayətlər ünvanlayaraq guya məhkəmə qərardadının icrasına mane olduğumu, təyin edilmiş ekspertizanın keçirilməsindən yayındığımı bildirmişdir. Halbuki bu iddialar tamamilə yalan və böhtan xarakterlidir. Mən hər zaman azyaşlı qızımla birlikdə ekspertizanın keçirilməsi üçün təyin olunmuş vaxtda və yerdə iştirak etmişəm, əksinə cavabdeh Orxan İsmayılzadə 7 dəfə ekspertiza təyin olunmasına baxmayaraq heç birində iştirak etməmişdir. Aparılmış araşdırmalar zamanı bu şikayətlərin həqiqətə uyğun olmadığı təsdiq edilmişdir. Bununla da kifayətlənməyərək Şaiq Mirzəyev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə də eyni məzmunlu yalan məlumatlar vermiş, guya mənim ekspertizadan yayındığımı bildirmiş, lakin aparılan araşdırmalar nəticəsində bu iddiaların da əsassız olduğu müəyyən edilmişdir. O, mənə qarşı etdiyi bu qanunsuz təsirlərin nəticə vermədiyini gördükdə isə keçmiş vəkil Adəm Məmmədovla aramda olmuş münaqişədən istifadə edərək məni həbs etdirməklə hədələmişdir. Bundan sonra vəkil Şaiq Mirzəyev tamamilə etik çərçivələri aşaraq aqressiv və təhqiramiz davranış sərgiləmiş, telefonda mənimlə kobud şəkildə danışmış, yüksək səslə qışqıraraq küçə ifadələri ilə məni alçaltmağa çalışmış, açıq şəkildə hədə-qorxu gəlmişdir. O, mənə qarşı “mübarizə aparacağını”, məni müxtəlif yollarla cəzalandıracağını, hətta həbs etdirəcəyini və qızımdan ayrı salacağını bildirməklə məni ciddi şəkildə qorxutmağa çalışmışdır. Həmçinin o, həm şəxsən mənə, həm də mənimlə əlaqədə olan şəxslərə açıq şəkildə bildirmişdir ki, guya mən iddiamdan geri çəkilməli, əks halda məni “məhv edəcək”, tək qadın olmağımı qabardaraq pul və əlaqələr vasitəsilə istənilən addımı ata biləcəyini vurğulamışdır. Telefon danışıqları zamanı isə məni şərləyəcəyini açıq şəkildə bildirmiş, yaxınlarıma istənilən vasitə ilə mənə təsir edəcəyini demişdir. Xüsusilə vurğulamaq istəyirəm ki, Şaiq Mirzəyev öz qanunsuz təsir imkanlarını daha inandırıcı göstərmək məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinin adından açıq şəkildə sui-istifadə etmişdir. O, guya həmin qurumda yüksək vəzifəli şəxslərlə yaxın əlaqələrinin olduğunu, qohumunun, əmisi oğlunun həmin qurumda çalışdığını, Dövlət Təhlükəsizliyi Xidmətində olan əlaqələri vasitəsilə istənilən şəxsi asanlıqla həbs etdirə biləcəyini dəfələrlə bəyan etmişdir. Hətta o, açıq şəkildə bildirmişdir ki, iş üzrə 7 dəfə ekspertiza təyin olunmasına, cavabdehin iştirak etməməsinə və mənim hər iki instansiya məhkəməsində qalib gəlməyimə baxmayaraq, guya şəxsi əlaqələri və maddi imkanları hesabına Ali Məhkəmənin hakimləri Vüqar Həsənov , Əhməd Əhmədov və İspəndiyar Şəfiyevin vasitəsilə apellyasiya instansiya məhkəməsinin qərarını ləğv etdirərək işi Ali Məhkəmədən yenidən baxılması üçün geri qaytarmağa nail olmuşdur. Bu cür əsassız və təhlükəli iddialar yalnız mənə qarşı təzyiq vasitəsi deyil, eyni zamanda Dövlət Təhlükəsizliyi Xidmətinin nüfuzuna açıq hörmətsizlik, dövlət orqanının adından sui-istifadə və hüquqi dövlət prinsiplərinə zidd davranışdır. Eyni zamanda qeyd edirəm ki, Şaiq Mirzəyev cavabdeh Orxan İsmayılzadənin atası Azərbaycan Dövlət Neft Şirkətinin sabiq vitse-prezidenti Mikayıl İsmayılovun maddi maraqlarına xidmət edir və ondan pul alaraq məni iddiadan imtina etdirməyi öhdəsinə götürmüşdür. Onun əsas məqsədi məni qanunsuz yollarla geri çəkilməyə məcbur etməklə maddi qazanc əldə etməkdir və bu məqsədlə müxtəlif şəxslər, şəxsi əlaqələr və qeyriqanuni vasitələrdən istifadə edərək mənə qarşı davamlı təzyiq göstərməkdədir. Şaiq Mirzəyev mənimlə ünsiyyət zamanı açıq şəkildə təhqiramiz və hədə-qorxu xarakterli ifadələr işlədərək “sən kimsən ki, məni ciddiyə almayasan, mənim səbrimi sınama, səni məhv edərəm” kimi sözlər səsləndirmişdir. Bu cür davranışlar onun özünü qanundan üstün hesab etdiyini, heç bir hüquqi məsuliyyətdən çəkinmədiyini və vətəndaş hüquqlarına açıq hörmətsizlik nümayiş etdirdiyini göstərir. Haqlı olaraq məndə sual yaranır ki, Şaiq Mirzəyev kimə və nəyə arxalanaraq bu qədər rahat şəkildə qanunsuz hərəkətlər edir, özünü faktiki olaraq “REKERT” kimi apararaq mənim və azyaşlı qızımın hüquqlarını bu dərəcədə kobud şəkildə tapdalayır. Bundan əlavə, Şaiq Mirzəyev həm şəxsən mənə, həm də mənimlə əlaqədə olan şəxslərə açıq şəkildə bildirmişdir ki, “Fidan Abbasovaya deyin ya iddiasını geri götürsün, sakit dursun, geri çəkilsin, ya da ölkəni tərk etsin, əks halda onu məhv edəcəyəm; o kimdir ki, tək qadındır, pul vasitəsilə onun üzərinə adam yönəldib həbs etdirmək mənim üçün çox asandır.” Bu cür ifadələr açıq-aşkar hədə-qorxu, təzyiq və qanunsuz təsir vasitəsi olmaqla yanaşı, vətəndaşın təhlükəsizliyinə birbaşa təhdiddir. Qeyd edirəm ki, barışıq sazişi ilə bağlı Şaiq Mirzəyevlə telefon danışığı zamanı o, şəxsən mənə iddiadan imtina etmədiyim təqdirdə məni şərləyəcəyini açıq şəkildə bildirmiş, həmçinin yaxın tanışım Günelə müxtəlif vasitələrlə təsir göstərərək məni bu iddiadan geri çəkilməyə məcbur edəcəyini qeyd etmişdir. Mənim üçün xüsusilə narahatedici və qəbuledilməz hal ondan ibarətdir ki, biz hüquqi dövlətdə yaşadığımız halda bir vəkilin bu qədər açıq şəkildə insanı həbslə hədələməsi, “tutduracağını” bildirməsi və bunu adi hal kimi təqdim etməsidir. Bu cür davranışlar hüquq sisteminə inamı sarsıtmaqla yanaşı, vətəndaşların təhlükəsizliyi üçün ciddi risk yaradır. Onun bu hərəkətləri məni uzun müddətdir davam edən psixoloji gərginlik və qorxu içində yaşamağa məcbur etmiş, məni və azyaşlı qızımı davamlı şəkildə bezdirmiş, həyat keyfiyyətimizi ciddi şəkildə aşağı salmışdır. Artıq bu vəziyyət dözülməz həddə çatmışdır və mən özümü hüquqi və mənəvi baxımdan müdafiəsiz vəziyyətdə hiss edirəm. Vəkillər Kollegiyasının üzvü olan bir şəxsin bu cür davranışı yalnız fərdi hüquq pozuntusu deyil, bütövlükdə vəkillik institutunun nüfuzuna ağır zərbə vurur, vətəndaşların ədalətə və hüquqi sistemə olan inamını sarsıdır. Belə şəxslərin vəkil adı altında fəaliyyət göstərməsi cəmiyyət üçün ciddi təhlükə yaradır. Qeyd edirəm ki, əvvəllər həbs olunmuş vəkil Adəm Məmmədovdan sonra indi də Şaiq Mirzəyev tərəfindən bu cür təzyiq və təhdidlərə məruz qalmağım artıq təsadüfi hal deyil, sistemli şəkildə mənə qarşı yönəlmiş davranışların mövcudluğundan xəbər verir və bu hal məndə ciddi narahatlıq doğurur. Eyni zamanda onun dövlət orqanlarının, xüsusilə Dövlət Təhlükəsizliyi Xidmətinin adından suiistifadə etməsi faktına hüquqi qiymət verilməli və bu kimi halların qarşısı qəti şəkildə alınmalıdır. Yuxarıda göstərilənləri əsasən Sizdən qətiyyətlə xahiş edirəm hazırkı müraciətimi ciddi şəkildə araşdıraraq vəkil Şaiq Mirzəyev barəsində qanunvericiliyə uyğun olaraq ən sərt cəza tədbirlərinin görülməsini, onun məsuliyyətə cəlb edilərək ciddi şəkildə cəzalandırılmasını təmin edəsiniz.

 

İMZA: Abbasova Fidan Loğman qızı

 

Tarix: 18.04.2026

 


Seçilən
17
nuh.az

1Mənbələr