AZ

Xırdalanda dəhşətli QƏTL

Abşeron rayonu, Xırdalan şəhərində qətl hadisəsi qeydə alınıb.

Musavat.com Report-a istinadla bildirir ki, hadisə "Kristal Abşeron 1" yaşayış kompleksində baş verib.

İlkin məlumata görə, binada yaşayan Ruhin Əliyev qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Əraziyə baxış keçirilir, faktla bağlı araşdırmalara başlanılıb.

Qətlin hansı şəraitdə törədildiyi və hadisənin digər təfərrüatları araşdırma yekunlaşdıqdan sonra məlum olacaq.

Seçilən
3
5
musavat.com

10Mənbələr