Abşeron rayonu, Xırdalan şəhərində qətl hadisəsi qeydə alınıb.
Musavat.com Report-a istinadla bildirir ki, hadisə "Kristal Abşeron 1" yaşayış kompleksində baş verib.
İlkin məlumata görə, binada yaşayan Ruhin Əliyev qətlə yetirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Əraziyə baxış keçirilir, faktla bağlı araşdırmalara başlanılıb.
Qətlin hansı şəraitdə törədildiyi və hadisənin digər təfərrüatları araşdırma yekunlaşdıqdan sonra məlum olacaq.