AZ

Azərbaycan və Əlcəzair beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun BayramovAntalya Diplomatiya Forumu çərçivəsində çərçivəsində Əlcəzair XalqDemokratik Respublikasının dövlət naziri, xarici işlər və xaricdəkimilli icma və Afrika məsələləri naziri Əhməd Attaf ilə görüşüb.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X"hesabında paylaşım edilib.

Görüş zamanı Azərbaycan və Əlcəzair arasında ikitərəfli vəçoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub.

Ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə BirgəKomissiyanın yaradılmasının ikitərəfli əlaqələrin inkişafında mühümaddım olduğu vurğulanıb.

Tərəflər həmçinin Birləşmiş Millətlər Təşkilatı, İslamƏməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı və digər beynəlxalqtəşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəkməsələlərini müzakirə ediblər. Bu kontekstdə Azərbaycanın AsiyadaQarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyivə gələn il İƏT sammitinə ev sahibliyi edəcəyi də qeyd olunub.

Yaxın Şərqdə gərginliyin azaldılması, atəşkəsinmöhkəmləndirilməsi və münaqişələrin diplomatik yollarla həllininəhəmiyyəti xüsusi vurğulanıb.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
15
3
az.trend.az

10Mənbələr