Bu gün futzal üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin oyunları keçiriləcək.
QOL.az xəbər verir ki, əvvəlcə mövsümü qızıl dublla başa vurmağı hədəfləyən "Neftçi" Birinci Liqanın iddialılarından olan "Baku Fire-2" ilə gücünü sınayacaq. Növbəti görüşdə isə ötən ilin finalçıları üz-üzə gələcək.
18 aprel (şənbə)
17:00. "Baku Fire-2" - "Neftçi" İK
Hakimlər: Hikmət Qafarlı, Hidayət Feyzullayev, Vüsal Balaşov, Azad Hüseynov
Olimpik Star
19:00. PFL - "Araz-Naxçıvan"
Hakimlər: Əli Cəbrayılov, İmran Məhərrəmov, Kənan Məlikov, Murad Məmmədov
Olimpik Star