Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Əlcəzairin dövlət naziri, xarici işlər və xaricdəki milli icma və Afrika məsələləri naziri Əhməd Attaf ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat yayılıb.
Görüş zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub.
Ticarət, İqtisadi, Elmi və Texniki Əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması ikitərəfli əlaqələrin inkişafında əsas addım kimi qeyd edilib.