AZ

Kəbənin örtüyü 3 metr yuxarı qaldırılıb

Bakı. Trend:

Səudiyyə Ərəbistanında həcc mövsümünə hazırlıq çərçivəsindəKəbənin örtüyünün alt hissəsini 3 metr yuxarı qaldırılıb.

Trend xaricimediaya istinadən xəbər verir ki, ölkənin müvafiq qurumları bubarədə məlumat yayıblar.

Açıqlamada qeyd olunub ki, işlər örtüyün aşağı hissələrininsökülməsi, künc hissələrinin ayrılması və daha sonra 3 metrhündürlüyə qaldırılaraq sabitlənməsini əhatə edib.

Təxminən iki saat davam edən prosesin 34 mütəxəssis tərəfindəndiqqətlə həyata keçirildiyi vurğulanıb.

Həmçinin bildirilib ki, bu addım hər il, xüsusilə həcc dövründəintensivləşən təvaf zamanı örtüyün zədələnməsinin və onatoxunulmasının qarşısını almaq məqsədilə həyata keçirilir.

Açıqlamada əlavə olunub ki, qaldırılan hissə bütünistiqamətlərdən təxminən 2 metr enində ağ pambıq parça ilə örtülübvə bu da zəvvarların ibadətlərini daha rahat yerinə yetirmələriüçün görülən illik tədbirlərdən biridir.

Məqalədə:
Seçilən
27
6
az.trend.az

7Mənbələr