AZ

Arzunun yaşı olmur

"Azad Azərbaycan" Teleradio şirkətinin 106 FM və 106.3 FM radiolarına  rəhbərlik edən Arzu xanım Cəfərova bu günlərdə əlamətdar yubi­le­yini yaxın dost­larının və iş yoldaşlarının əhatəsində qeyd edir. Yüksək peşəkarlığı, tələ­b­kar­lığı, həssas musiqi duyumu ilə seçilən Arzu xanım iş yerində sağlam mənəvi və yardıcı mühit ya­ratmağı bacaran insandır. O, efirdə səslənən  musiqiyə, studiyaya dəvət olunan qonaqların seçiminə böyük məsuliyyətlə yanaşır. Təsadüfi deyil ki, bu dalğalarda, obralı desək,  Xəzər dənizinin ərköyün kü­lək­ləri əsmir. Dinləyiciyə təqdim olu­nan ifalar  qulağı dəlmir, könül oxşayır. Musi­qi ilə yanaşı, ma­raq­­lı veri­lişlər təqdim o­lunur.  Bu sırada " Poliqon", " Radio arena", "Şəhər uşaqları",          " Master klass", "Axşama doğru" kimi , daimi  dinləyici auditoriyası olan verilişlərin adlarını qeyd etmək istərdim.  Arzu xanım  radionun səs fondunun bədii dəyəri solmayan əsərlərlə zənginləşməsinə çalışır. lent yazılarının müasir texniki paramertlərə cavab verməsini daim diqqət mərkəzində saxlayır. Ən başlıcası da, bu studiyada çalışan  aparıçıların səlist nitq qabiliyyətiı, səs tembri və efir mədəniyyəti ilə hər zaman seçilməsidir.

Arzu xanımı yubiley münasibəti ilə təbrik edirik. Ona möhkəm can sağlığı, könül xoşluğu, yeni yaradıcılıq uğurları və bütün  arzularının çin olmasını arzu­la­yırıq. 

----------------------------

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
olaylar.az

1Mənbələr