AZ

Temperatur 25 dərəcəyə çatacaq

Aprelin 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən xəbərə görə, mülayim cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 10-13, gündüz 19-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 751 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % təşkil edəcək.
Sabah 
Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-11, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 2-7, gündüz 13-18 dərəcə isti olacaq.
Seçilən
29
27
heftelik.az

10Mənbələr