AZ

Milli Andorraya yenə qalib gəldi

Qadın futbolçulardan ibarət millimiz bu gün dünya çempionatının seçmə mərhələsində dördüncü oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan yığmamız Andorra ilə qarşılaşıb. “Bank Respublika Arena”da təşkil olunan görüş yığmamızın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Komandamız aprelin 14-də bu rəqiblə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb. Bu qrupun digər görüşündə Macarıstan Şimali Makedoniya ilə üz-üzə gəlib. Qarşılaşma Macarıstan yığmasının 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan - Andorra 2:0
Yeliz Acar, 12. Esra Manya, 65

Seçilən
11
2
football-plus.az

3Mənbələr