ain.az bildirir, Qol.az saytına əsaslanaraq.
“Qarabağ” “Sabah”a qarşı, “Karvan-Yevlax”dan qələbə - Yenilənir
Misli Premyer Liqasında 28-ci tur davam edir.
QOL.az xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan 2 matçdan biri artıq başa çatıb.
Əvvəlcə "Karvan-Yevlax” öz meydanında “Şamaxı”nı qəbul edib. Ötən tur qələbə həsrətinə son qoyan Yevlax klubu bu matçda da meydandan üstün ayrılmağı bacarıb. Bu mövsüm komandalar arasında keçirilən hər iki görüşdə "Şamaxı” eyni hesablı qələbə qazanıb - 3:0.
Daha sonra isə turun mərkəzi oyununda “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Sabah”ı qəbul edir.
Hazırda Ağdam təmsilçisi 56 xalla ikinci, paytaxt klubu isə 66 xalla birincidir. Qurban Qurbanovun komandası rəqibindən 1 oyun az keçirib. Çempionluq ümidini davam etdirmək üçün “Qarabağ” bu gün mütləq qələbə qazanmalıdır.
Cari mövsüm çempionatda tərəflər arasında keçirilən oyunlardan birində “Sabah” qələbə qazanıb (2:1), digəri isə heç-heçə bitib (3:3).
18 aprel (şənbə)
19:30. “Qarabağ” - “Sabah” - 0:0 (Birinci hissə)
Tofiq Bəhramov adına Respublika Stadionu
15:30. “Karvan-Yevlax” - “Şamaxı” - 1:0
Qol: Coy Sleyd Mikels, 39
Yevlax şəhər stadionu
19 aprel (bazar)
15:30. “Kəpəz” - “İmişli”
18:00. “Sumqayıt” - “Qəbələ”
17 aprel (cümə)
“Zirə” - “Neftçi” - 1:1
“Araz-Naxçıvan” - “Turan Tovuz” - 0:3

Bombardirlər:
Coy Lens Mikels (“Sabah”) - 18 qol
Velko Şimiç (“Sabah”) - 11 qol
Bassalu Sambu ("Neftçi") - 10 qol
Emin Mahmudov ("Neftçi") - 9 qol
Karim Rossi ("Şamaxı") - 9 qol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.