AZ

Kiyevin mərkəzində atışma olub

Bakivaxti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Kiyevdə insanları girov götürən şəxs xüsusi təyinatlılar tərəfindən əməliyyat zamanı öldürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko özünün Telegram kanalında məlumat verib.

"Kiyevdə atıcı həbs olunarkən zərərsizləşdirilib. Xüsusi təyinatlılar hücumçunun olduğu mağazaya basqın ediblər", - deyə o yazıb.

Klimenko hücum edən şəxsin həbs zamanı insanları girov götürdüyünü, polis əməkdaşlarına atəş açdığını və onunla danışıqların nəticəsiz qaldığını bildirib.

İlkin məlumatlara görə, atışma nəticəsində iki nəfər ölüb, 10 nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
3
bakivaxti.az

4Mənbələr