AZ

Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində keçirdiyi görüşlərin detallarını açıqlayıb

ain.az, Apa.az saytına istinadən bildirir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində TDT, NATO, İƏT və Aİ nümayəndələri ilə keçirdiyi görüşlərin detallarının açıqlayıb.APA-nın Türkiyə bürosunun məlumatına görə, nazir bildirib ki, forum çərçivəsində yalnız xarici işlər nazirləri səviyyəsində 10-dan artıq ikitərəfli görüş keçirilib və bu görüşlərdə mühüm məsələlər müzakirə olunub.

“Bu gün Türk Dövlətləri Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri ilə qeyri-formal görüş keçirildi. Çox önəmli müzakirələr aparıldı. Bilirsiniz ki, Azərbaycan D-8 təşkilatının ən yeni, lakin fəal üzvüdür. Buna baxmayaraq, üzvlük çərçivəsində artıq aktiv fəaliyyətə başlamışıq. Baş katibliklə görüş baş tutdu və orada gedən prosesləri müzakirə etmək imkanımız oldu. NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi ilə görüşümüz oldu, əməkdaşlıq imkanları müzakirə edildi. Avropa İttifaqından olan həmkarlarla isə Azərbaycan–Aİ gündəliyi ətrafında fikir mübadiləsi aparıldı”, – deyə Ceyhun Bayramov qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
5
apa.az

7Mənbələr