AZ

TƏCİLİ: Kiyevdə ATIŞMA: Moskva doğumlu şəxs paytaxtı qana buladı – VİDEO

Ukraynanın paytaxtı Kiyev şəhərində ölümlə nəticələnən ağır silahlı insident baş verib.

KONKRET.az xəbər verir ki, hadisə nəticəsində 5 nəfər həlak olub, 10 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Prezident Volodimir Zelenski hadisə ilə bağlı açıqlama verərək bildirib ki, girov götürən və insanlara atəş açan şəxs xüsusi təyinatlıların əməliyyatı nəticəsində zərərsizləşdirilib.

Dövlət başçısı həlak olanların yaxınlarına başsağlığı verib və hadisənin bütün təfərrüatlarının araşdırıldığını qeyd edib.

Paytaxt meri Vitali Kliçkonun sözlərinə görə, yaralılar arasında uşaq və supermarket mühafizəçisi də var. Onların hamısı xəstəxanaya yerləşdirilib.

Məlum olub ki, hadisəni törədən şəxs 1968-ci il təvəllüdlü, Moskva doğumlu Ukrayna vətəndaşı Dmitri Vasilyeviç Vasilçenkovdur.

O, “KelTec SUB2000” markalı yarımavtomat karabinlə əvvəlcə küçədə insanlara atəş açıb, bir mənzili yandırıb, daha sonra isə “Velmart” supermarketinə daxil olaraq oradakı insanları girov götürüb.

Daxili işlər naziri İqor Klimenko bildirib ki, danışıqlar nəticə vermədikdən sonra xüsusi təyinatlılar mağazaya hücum edib və atışma zamanı cinayətkarı zərərsizləşdirib. Hadisədən sonra Ukraynada mülki silahlara nəzarətin gücləndiriləcəyi və əlavə yoxlamaların aparılacağı elan edilib.//musavat.com

Seçilən
31
5
konkret.az

6Mənbələr