Bakı. Trend:
Kiyevdə baş verən atışmada beş nəfər həlak olub.
Trend-in məlumatına görə, bu barədə Ukrayna Prezidenti VolodimirZelenski “Telegram” səhifəsində yazıb.
"Ukraynanın Daxili İşlər Naziri İqor Klimenko Kiyevdə mülkişəxslərə atəş açan hücumçunun məhv edildiyini bildirdi. Bütünhallar araşdırılır. Hazırda beş nəfərin öldüyü məlumdur. Onlarınailələrinə və dostlarına başsağlığı verirəm", - deyə dövlət başçısıyazıb.
Hazırda 10 nəfər xəsarət alıb və onlar xəstəxanayayerləşdirilib. Hamısına lazımi tibbi yardım göstərilir. Dörd girovazad edilib.
"Biz təcili araşdırma aparılacağına ümid edirik. Ukrayna MilliPolisinin və Təhlükəsizlik Xidmətinin müstəntiqləri işləyir. MənDaxili İşlər Nazirinə və Ukrayna Milli Polisinin rəisinə bu iş üzrəbütün təsdiqlənmiş məlumatları ictimaiyyətə təqdim etməyitapşırmışam", - deyə Zelenski bildirib.
Öz növbəsində Kiyev meri Vitali Kliçko atışmada ölənlərinsayının 6 nəfərə, yaralananların sayının isə 15-ə çatdığınıbildirib.
Baş prokuror Ruslan Kravçenko isə “Telegram”da yazıb ki,paytaxtda atışma törədən Moskva sakini olub. Onun sözlərinə görə,paytaxtın Qoloseyevski rayonunda 58 yaşlı Moskva sakini atəş açıb,daha sonra supermarketdə özünü barrikadaya alıb və girovsaxlayıb.