AZ

Lavrov və Fidan Yaxın Şərqdə baş verənləri müzakirə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatik Forumu çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

AZƏRTAC Rusiya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, tərəflər beynəlxalq və regional gündəliyin əsas məsələlərini, o cümlədən Körfəz ölkələri və Yaxın Şərqdəki vəziyyəti ətraflı müzakirə ediblər. Rusiya və Türkiyənin böhranların həlli üçün bundan sonra da konstruktiv əməkdaşlığı davam etdirmək niyyətində olduqları vurğulanıb.

Bildirilib ki, nazirlər ikitərəfli dialoqun aktual məsələləri üzrə mövqelərini uzlaşdırıb, iqtisadi-ticari və enerji əməkdaşlığının əsas istiqamətlərini müzakirə edib, həmçinin qarşıdakı görüşlərin qrafikini razılaşdırıblar.

Seçilən
0
2
azerbaijan-news.az

3Mənbələr