AZ

ABŞ Yaxın Şərqdə əməliyyatları genişləndirir: Hazırlıqlar BAŞLADI- VİDEO

ABŞ Yaxın Şərqə genişmiqyaslı hava qüvvələri yerləşdirməyə başlayıb və beynəlxalq sularda İranla əlaqəli neft tankerlərinə qarşı əməliyyatlar hazırlayır.

Bizim.Media xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.
 

Nəşrin ABŞ hökumət mənbələrinə istinadən verdiyi xəbərə görə, ABŞ ordusu yaxın günlərdə İranla əlaqəli neft tankerlərinə minməyə və beynəlxalq sularda ticarət gəmilərini ələ keçirməyə, bununla da dəniz əməliyyatlarını Yaxın Şərqdən kənara genişləndirməyə hazırlaşır.


Qeyd olunub ki, bu, İran ordusunun Hörmüz boğazında nəzarəti gücləndirməsi, şənbə günü bir neçə ticarət gəmisinə hücum etməsi və su yolunun İranın ciddi nəzarəti altında olduğunu elan etməsi ilə əlaqədardır.


Bizim.Media

Seçilən
24
1
bizim.media

2Mənbələr