AZ

“Union” evdə “Volfsburq”a məğlub oldu

Almaniya çempionatının 30-cu turunda “Union” doğma meydanda “Volfsburq”u qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

11-ci dəqiqədə “Volfsburq” hesabı açıb. Patrik Vimmer fərqlənib, məhsuldar ötürmə Yoakim Mehleden gəlib.

İkinci hissənin əvvəlində qonaqlar üstünlüyünü artırıblar. Cenan Peyçinoviç rəqib qapısına yol tapıb, ötürməni Kristian Eriksen edib.

86-cı dəqiqədə meydan sahibləri fərqi minimuma endiriblər. Oliver Börk dəqiq zərbə ilə fərqlənib.

Lakin “Union” məğlubiyyətdən xilas ola bilməyib.

Qeyd edək ki, komandalar arasında ilk dövrədə keçirilən oyunda “Volfsburq” 3:1 hesablı qələbə qazanmışdı.

Seçilən
19
90deqiqe.az

1Mənbələr