AZ

Hörmüz boğazı yenidən bağlanıb

İran ABŞ-nin dəniz blokadası tamamilə aradan qaldırılana qədər şənbə axşamından Hörmüz boğazını bağlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ABŞ İran gəmiləri və limanlarının dəniz blokadasını ləğv etmədiyi üçün Hörmüz boğazı bu gündən etibarən blokada qaldırılana qədər bağlı olacaq.

"Xəbərdarlıq edirik ki, heç bir gəmi Fars körfəzində və Oman dənizində lövbər salmamalıdır və Hörmüz boğazına yaxınlaşmaq düşmənlə əməkdaşlıq hesab ediləcək və bu qaydaları pozan gəmilər məsuliyyətə cəlb olunacaq", - deyə bəyan edilib.

Seçilən
5
2
azerbaijan-news.az

3Mənbələr