AZ

“Özlərini elə aparırdılar ki...” - Zamiq seriallar barədə

Müğənni Zamiq Hüseynov Türkiyədə mafiya seriallarında edilən dəyişikliklərlə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, o, “İnstagram” səhifəsində məsələ ilə bağlı bu fikirləri irəli sürüb:

“Yalan niyə deyim, bu kinoya mən də baxıram, sevirəm. Amma ümumilikdə bu xəbərə çox sevindim. Çünki bir ara hamı “Kurtlar vadisi” idi. Şəhərdə bir çox düşüncə, zəkası zəif olan insanlar özlərini elə aparırdılar ki, guya bunlar Çakırdır, Polatdır. Bir çox imkanlı insanlar ətraflarında iki-üç maşınla gəlirdilər.

Harasa mən düşəndə qapımı açın və sair! Qəhrəmanlıq imkanla ölçülmür, kinoya baxaraq, özünü elə təsəvvür etməklə deyil. Qəhrəmanlıq ürək tələb edir! Şuşaya girən qəhrəman oğullar, canından keçib bizim yaramızı saran qəhrəmanlar! Ona görə çalışın ki, övladlarınız təhsilli olsun! Təhsil qoymaz insanları kinolar, oyunlar yönəltsin”.

Bizim.Media

Seçilən
12
7
bizim.media

8Mənbələr