AZ

Azərbaycan Afrika qitəsi ölkələri ilə əlaqələrin daha da inkişafına xüsusi əhəmiyyət verir

Bakı. Trend:

Aprelin 18-də xarici işlər naziri Ceyhun Bayramov AntalyaDiplomatiya Forumunda iştirakı çərçivəsində Qvineya-Bisaunun xariciişlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Joao Bernardo Vieirailə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Trend-ə verilən məlumatagörə, görüşdə Azərbaycan və Qvineya-Bisau arasında ikitərəfli vəçoxtərəfli əməkdaşlığın perspektivləri, siyasi, iqtisadi,humanitar, turizm, energetika və s. sahələr üzrə əməkdaşlıqimkanları müzakirə olunub.

Çoxtərəfli platformalar, xüsusilə BMT, İslam ƏməkdaşlıqTəşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində ümumi maraqlarımızınirəlilədilməsi istiqamətində birgə fəaliyyətin bundan sonra dadavam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

İqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinin, təbiiehtiyatların işlənməsi sahəsində təcrübə mübadiləsininaparılmasının, dövlət xidmətlərinin göstərilməsi üzrə bilik vətəcrübənin bölüşülməsinin, həmçinin təhsil və peşə hazırlığıistiqamətində təqaüd proqramları və digər imkanlardan daha fəalistifadənin vacibliyi qeyd olunub.

Azərbaycanın Afrika qitəsi ölkələri, o cümlədən Qvineya-Bisauilə əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi əhəmiyyətverdiyi qeyd olunub.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
30
az.trend.az

1Mənbələr