AZ

Azərbaycanın D-8 daxilində aktiv fəaliyyəti yüksək qiymətləndirilir

Aprelin 18-də xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) baş katibi Sohail Mahmud ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə D-8 arasında mövcud əməkdaşlıq gündəliyi müzakirə edilib, siyasi, iqtisadi, ticarət, energetika, investisiyalar, nəqliyyat və logistika sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib.

Azərbaycanın D-8 üzvlüyünə qəbul edilməsindən sonra keçən qısa müddət ərzində təşkilat daxilində apardığı aktiv fəaliyyət yüksək qiymətləndirilib, 2025-ci ilin oktyabr ayında Azərbaycanda ilk dəfə olaraq D-8 Həftəsinin təşkili, bu çərçivədə D-8 Enerji və İqlim Mərkəzi, D-8 Media Mükəmməllik Mərkəzi və D-8 Nəqliyyat Mükəmməllik Mərkəzinin ölkəmizdə yaradılması ilə bağlı atılan əməli addımlar məmnunluqla xatırlanıb.

Regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılıb, Yaxın Şərqdə gərginliyin azaldılması, atəşkəsin möhkəmləndirilməsi, beynəlxalq humanitar hüquqa riayət olunmasının vacibliyi qeyd edilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
5
4
azerbaijan-news.az

10Mənbələr