İranın zənginləşdirilmiş uranı harasa göndərmək planı yoxdur; bu məsələ müzakirə mövzusu deyil.
AZƏRTAC İran mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər nazirinin müavini Səid Xətibzadə bildirib.
"Biz ABŞ-yə heç bir zənginləşdirilmiş material göndərməyəcəyik; bu məsələ müzakirə olunmur". Xətibzadə İran dövlət televiziyasına müsahibəsində belə deyib.
Nazir müavini Vaşinqtonun Tehrana həddindən artıq tələblər irəli sürdüyünü də əlavə edib.