AZ

Rusiya tankerlərinin yolu kəsilməlidir!

Rusiyaya qarşı sanksiyaların zəiflədilməsi prosesinin davam etdirilməsi cəbhədəki və diplomatiyadakı real vəziyyətə uyğun gəlmir və Rusiya rəhbərliyində müharibəni davam etdirməyin mümkünlüyü barədə illüziyalar yaradır.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında bildirib.

Dövlət başçısı Rusiya tərəfindən həyata keçirilən son hücumların miqyasını açıqlayıb. Onun sözlərinə görə, təkcə bu həftə ərzində Ukrayna şəhərləri və yaşayış məntəqələrinə 2360-dan çox zərbə dronu, 1320-dən artıq idarə olunan aviabomba və müxtəlif tipli 60-a yaxın raket atılıb.

Zelenski vurğulayıb ki, Rusiya nefti üçün ödənilən hər bir dollar birbaşa müharibənin davam etdirilməsinə xərclənir:

"Moskvanın 'kölgə donanması"na məxsus 110-dan çox tanker hazırda dənizlərdədir. Onların göyərtəsində 12 milyon tondan çox Rusiya nefti var. Sanksiyaların zəiflədilməsi səbəbindən bu neft yenidən heç bir nəticə olmadan satıla bilir. Söhbət 10 milyard dollardan gedir ki, bu resurs birbaşa Ukraynaya qarşı yeni zərbələrə çevrilir".

Seçilən
22
publika.az

1Mənbələr