AZ

Gənc bəstəkar katib təyin olundu

Azərbaycan Bəstəkarlar İttifaqına katib təyin olunub. 

"Unikal" xəbər verir ki, bu vəzifəyə bəstəkar İlahə Qismət qızı Abdullayeva təyinat alıb. 

İlahə Qismət 1993-cü ildə Bakı şəhərində anadan olub. 1999-cu ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində “Fortepiano”, “Muğam ifaçılığı” və “Bəstəkarlıq” ixtisasları üzrə təhsil alıb. 2010-cu ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Bəstəkarlıq” ixtisası üzrə dahi bəstəkar Arif Məlikovun sinfində bakalavr və magistr pillələrini fərqlənmə diplomları ilə başa vurub. Həmçinin ikinci ixtisas olaraq “simfonik orkestr dirijorluğu” üzrə təhsil alıb. Təhsil illərində “Qara Qarayev” təqaüdünə layiq görülüb.

“Dədə Qorqud” və “Dəmir yumruq” baletlərinin müəllifidir. 2014-cü ildən Bakı Musiqi Akademiyasının əməkdaşıdır.

2017-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının üzvlüyünə qəbul edilib. 2019-cu ildə qurumun “Gənclərlə iş” Şöbəsinin sədri təyin olunub, daha sonra idarə heyətinin üzvü seçilib

Seçilən
19
9
unikal.az

10Mənbələr