AZ

Aleksandar Vuçiç Prezident İlham Əliyevə zəng edib

Bakı. Trend:

Aprelin 19-da Serbiya Respublikasının Prezidenti AleksandarVuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəngedib.

Trend xəbər verir ki, telefonsöhbəti zamanı Azərbaycan Prezidentinin bu ilin fevralındaSerbiyaya rəsmi səfəri, dövlət başçılarının iştirakı ilə keçirilmişAzərbaycan Respublikası və Serbiya Respublikası arasında StratejiTərəfdaşlıq Şurasının 1-ci iclası məmnunluqla xatırlanıb, səfərçərçivəsində imzalanmış sənədlərin əməkdaşlığın möhkəmləndirilməsibaxımından əhəmiyyəti vurğulanıb.

Azərbaycan və Serbiya prezidentləri ikitərəfli əlaqələrimizindaha da gücləndirilməsi barədə fikir mübadiləsi aparıb, iqtisadiəməkdaşlığın dərinləşdirilməsi, enerji, investisiyalar və hər ikidövlət üçün strateji əhəmiyyət kəsb edən yeni birgə layihələrindaha da inkişaf etdirilməsi ilə bağlı planları müzakirəediblər.

Serbiyaya göstərdiyi davamlı dəstəyə görə Prezident İlhamƏliyevə bir daha minnətdarlıq edən Aleksandar Vuçiç ölkəsininAzərbaycanla münasibətləri səmimi dostluq, qarşılıqlı hörmət vəiqtisadi tərəqqiyə ortaq maraq ruhunda gələcəkdə də inkişafetdirmək əzmini bir daha vurğulayıb.

Aleksandar Vuçiç bütün bunları ölkələrimiz arasında güclütərəfdaşlığın və qarşılıqlı etimadın təsdiqi kimi qiymətləndirib.Serbiya Prezidenti gələn ay Bakıda keçiriləcək Ümumdünya ŞəhərsalmaForumunun XIII Sessiyasında iştirak edəcəyini də deyib.

Telefon danışığı zamanı Serbiyanın “Airserbia” şirkətinin mayın3-nə planlaşdırılan Belqrad-Bakı marşrutu üzrə birbaşa uçuşlarınhəyata keçiriləcəyindən məmnunluq bildirilib, bunun xalqlarımızınyaxınlaşdırılması və iqtisadiyyatlarımızın, o cümlədən turizmpotensialının möhkəmləndirilməsi istiqamətində mühüm addım olduğuvurğulanıb.

Dövlət başçıları Yaxın Şərqdəki mövcud vəziyyətlə bağlı fikirmübadiləsi aparıb, regionun təhlükəsizliyi və inkişafı üçün əsasşərtlərdən biri kimi sülhün və sabitliyin bərpasının vacibliyinibir daha qeyd ediblər.

Seçilən
23
49
az.trend.az

10Mənbələr