AZ

Antonio Konte gələcəyi ilə bağlı susqunluğunu pozdu

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İtaliyanın “Napoli” futbol komandasının baş məşqçisi Antonio Konte neapolitan klubu ilə gələcək taleyinə dair sualları cavablandırıb. Hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər olan mütəxəssis haqqında gəzən şayiələrə münasibət bildirib.

İdman.Biz jurnalist Canluka Di Marsionun saytına istinadla xəbər verir ki, Konte mövsümün sonuna qədər diqqətini yalnız komandaya yönəltməyin tərəfdarı olduğunu deyib. O, adının tez-tez müxtəlif müzakirələrdə hallanmasını futbolun bir parçası hesab etdiyini vurğulayıb.

“Napolinin tərk edəcəyəm? İnsanlar danışır, mən isə buna icazə verirəm. Bəzən dediklərim yanlış anlaşılır və fərqli yozulur. Mənim fikrimcə, ən azı mövsümün sonuna qədər nə qədər sakit olsaq, bu, hər kəs üçün bir o qədər yaxşıdır. Uzatma barədə pərdəarxası danışmaq olar, lakin hazırda azarkeşlərə hörmət əlaməti olaraq bütün diqqətimizi komandaya verməliyik”, - deyə mütəxəssis bildirib.

Baş məşqçi klub prezidenti Aurelio De Laurentisin şərhlərinə də toxunub:

“Prezident istədiyini deyə bilər, bu onun problemidir. Mən ona cavab verməyəcəyəm. Əgər nəsə deməli olsam, bunu ictimaiyyət qarşısında səs-küy salmadan, şəxsi söhbətdə edərəm”.

Qeyd edək ki, hazırda “Napoli” 66 xalla İtaliya A Seriyasının turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
icma.az

1Mənbələr