AZ

"İmişli" 3 xalı 1 qolla qazandı

Azərbaycan Premyer Liqasının XXVIII turunda “Kəpəz” və “İmişli” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən görüş İmişli təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Kamal Umudlunun idarə etdiyi görüşdə yeganə qolu 38-ci dəqiqədə Azər Salahlı vurub.

Beləliklə, Jorj Kaşkilyanın komandası xallarını 29-a çatdıraraq ən yaxın rəqibi "Şamaxı" ilə xal fərqini 3-ə endirib.

Gəncə təmsilçisi isə 21 xalla 10-cu yerdə möhkəmlənib.

Seçilən
22
teleqraf.com

1Mənbələr