AZ

“Bu gün oyun haqda danışaq” – Jorj Kaşkilya



Misli premyer-liqasının 28-ci turunda “İmişli” səfərdə “Kəpəz”i məğlub etdi - 1:0. “Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında qonaqların çalışdırıcısı Jorj Kaşkilya media önünə çıxıb.

- Rəqibi yaxşı təhlil etmişdik. Bütün komanda oyuna hazır idi. 3 xalla ayrılmaq niyyətindəydik. Bunu əziyyətlə bacardıq. Bu oyunu Mozesə həsr edirik. 3 gün əvvəl atası rəhmətə gedib. Bizə böyük kömək etdi. Azarkeşlərimizə təşəkkür edirik. Qələbəyə layiq idik. İlk hissəyə strateji olaraq, güclü başladıq. Standart vəziyyətdən qol vurduq. Bir-iki qol da vura bilərdik. Nəticədən razıyıq. İkinci hissədə “Kəpəz” üstünlüyü ələ aldı. Əks-hücumda 2-3 qol da vura bilərdik. Alınmadı deyə müdafiəyə “oturduq”. Nəticə ədalətlidi. Çempionat bitməyib. Sona qədər xarakterimizi göstəcəyik.

- Mediada yayılanlara görə, rəhbərlik sizə yeni müqavilə təklif edib. Danışıqlar nə yerdədi?

- Məqsədimiz tam əldə olunmayıb. Bundan sonra danışarıq.

- Məqsəd nədi ki?

- Məqsədimiz elitada qalmaqdı. Bu hələ 100 faiz deyil.

- Bu mövsümdəki şərtlərlə yeni mövsümə də razı olarsız?

- Bu gün oyun haqda danışaq (gülür).

- Mövsümün əvvəlində azarkeşsiz, stadionsuz sonuncu olacağınız deyilirdi. Bu sizi motivasiya edirdi, yoxsa əksinə?

- Çətinliklər, ağır şərtlər komandanın əsl xarakterini göstərir.

- Texniki heyət futbolçuların keyfiyyətinə inanırdı. 29 xalımız var, amma biz 32 sayırıq. Bu böyük nəticədi.

- İmişlidə oynasaydız, daha artığını etmək olardı?

- Bilmirəm (gülür).

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
10
1
football-plus.az

2Mənbələr