AZ

Ceyhun Bayramov Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb - FOTO

Ceyhun
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyasında iştirak etmək üçün Tailand Krallığının paytaxtı Banqkokda səfərdədir. 1news.az xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.
C.Bayramov UNESCAP çərçivəsində Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb.

Tərəflər Azərbaycan ilə Tailand arasında ikitərəfli münasibətlərin perspektivlərini və regional məsələləri müzakirə ediblər.

Seçilən
30
26
1news.az

10Mənbələr