AZ

“Sabah” çempionluğa bir addım da yaxınlaşdı – Tura baxış

Misli Premyer Liqasının XXVIII turu məhsuldar keçmədi. 6 qarşılaşmanın dördündə qapılara bir qol vuruldu. Yalndız “Turan Tovuz” böyük hesablı qələbə qazanmağı bacardı. “Zirə” – “Neftçi” qarşılaşması isə hər iki tərəfin fərqləndiyi yeganə oyun oldu.

"Araz-Naxçıvan" – "Turan Tovuz" 0:3 
Qollar:
İ.Vadji, 71. J.Santos, 82, 90+2.
“Araz-Naxçıvan”: 94. Tərlan Əhmədli, 5. Slavik Alxasov, 8. Coşqun Diniyev, 4. Rahil Məmmədov (k), 26. Ömər Buludov, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta, 10. Felipe Santos.
Ehtiyat oyunçular: 12. Kristian Avram, 34. Ürfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 14. Ülvi İsgəndərov, 86. İbrahim Piriyev, 6. Patrik Andrade, 11. Ba-Muaka Simakala, 70. Şarl Boli, 19. Bar Kohen.
Baş məşqçi: Andrey Demçenko.
“Turan Tovuz”: 1. Oleq Baklov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman, 7. Xorxe Silva, 19. Roberto Olabe, 2. Mark Rene Mampassi.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 4. Şəhriyar Əliyev, 6. Fərid Yusifli, 99. İbrahima Vadji, 9. Coş Cinnelli, 8. David Tavareş.
Baş məşqçi: Kurban Berdiyev.

Əcnəbi məşqçilərin duelində sevinən Kurban Berdiyev oldu. Onun çalışdırdığı “Turan Tovuz” “Araz Naxçıvan” üzərində vacib qələbə qazandı. İlk yarısı qolsuz bitən qarşılaşmada əsas hadisələr 70-ci dəqiqədən sonra cərayan etdi. 71-ci dəqiqədə Vadji nominal meydan sahiblərinin qapısına yol tapdı. Minimal hesablarla kifayətləndiyinə adət etdiyimiz “Turan Tovuz” bu dəfə fərqli davrandı. Santos oyunun sonlarında “dubl” edərək qərb təmsilçisinin böyük hesablı qələbəsini rəsmiləşdirdi.
3:0 hesablı qələbəyə sevinən “Turan Tovuz” xalını 55-ə çatdırdı. Komanda özü üçün azı 3-cü pilləni rəsmiləşdirməyə çox yaxındır. 6-cı sıradakı “Araz Naxçıvan”ın isə 39 xalı var.

"Zirə" – "Neftçi" 1:1 
Qollar:
B.Konate, 90+4 - İ.Faraj, 63.
“Zirə”: 97. Tyaqo Silva, 73. Anatoli Nuriyev, 32. Qismət Alıyev (k), 4. Ruan Renato, 25. Enrike Kustodio, 9. Davit Volkov, 30. Rikardo Martins, 20. İssa Cibrilla, 5. Ange Mutsinzi, 17. Ayron Qomis, 22. Eren Aydın.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 70. Namik Ələskərov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 26. Stefan Akka, 28. Leroy Mikels, 10. Georgi Papunaşvili, 93. Brahim Konate, 11. Junior Martins.
Baş məşqçi: Rəşad Sadıqov.
“Neftçi”: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 7. Emil Səfərov, 77. Falaye Sako, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 33. Breno Almeyda, 11. İmad Faraj, 10. Freddi Varqas.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 81. Məhdi Həsənov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 45. Vensan Abubakar, 14. Edvin Kuç, 6. Sessi Dalmeyda, 70. Andrey Ştoqrin, 22. Luis Ortis, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.

4-cü pillənin sahibinin müəyyənləşməsi baxımından “Zirə” – “Nefçi” qarşılaşması xeyli vacib idi. Gözlənildiyi kimi, qarşılaşma xeyli gərgin və drammatik keçdi. Bir-birindən ehtiyat edən rəqiblərin duelində ilk yarı qolsuz keçdi. Bu cür gedişat daha çox meydan sahiblərinə sərf edirdi. Müdafiədə diqqətli oynayan qəsəbə təmsilçisi öz məqamını gözləyirdi. Amma ssenarini Faraj pozdu. 63-cü dəqiqədə onun vurduğu qoldan sonra “Neftçi” hesabda önə keçdi. Hər kəs görüşün qonaq komandanın qələbəsiylə bitəcəyini düşündüyü anda Konatenin qolu “Neftçi” azarkeşlərinin əhvalını korladı. Qol epizodundakı passiv oyundan kənar vəziyyəti ilə bağlı mübahisələr meydanda gərginliyə səbəb oldu. VAR-a baxmağa ehtiyac duymayan İnqilab Məmmədov qolu qeydə aldı və beləcə görüş 1:1 hesabıyla yekunlaşdı.
45 xallı “Zirə” 4-cü pillədəki yerini qorudu. 1 xal az toplayan “Neftçi” “Zirə”dən elə bir pillə geridədir.

"Karvan-Yevlax" – "Şamaxı" 1:0 
Qol:
Coy Sleyd Mikels, 39.
“Karvan-Yevlax”: 99. Pedro Mateuş, 6. Vadim Abdullayev (k), 33. Eltun Turabov, 13. Vüsal Məsimov, 14. Uğur Cahangirov, 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 8. Peter Kings, 21. İmani Barker.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 17. Samir Abdullayev, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 10. Samuel Durrant, 4. Olavale Doyeni.
Baş məşqçi: Fizuli Məmmədov.
“Şamaxı”: 62. Abdulla Seydəhmədov, 5. Arsen Ağcabəyov (k), 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov, 9. Karim Rossi, 10. Andrey Tirkoveanu, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 4. Sezar Enrike, 44. David Santos.
Ehtiyat oyunçular: 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 2. Abdulla Rzayev, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 88. Rodriqo Fernandeş, 19. Abdullahi Şuaybu, 8. Alfons Msanqa.
Baş məşqçi: Ayxan Abbasov.

“Karvan Yevlax” bu mövsüm ilk dəfə ardıcıl ikinci qələbəsini qazandı. Bu qələbə həm də “Karvan-Yevlax” üçün mövsümdə üçüncü oldu. Füzuli Məmmədovun çalışdırdığı komanda “Şamaxı” ilə oyunda vacib 3 xal qazanmağı bacardı. Yevlax təmsilçisinə qələbə gətirən qolu Coy Sleyd Mikels vurdu. “Şamaxı”nın bu qola cavab vermək üçün zamanı yetərincə olsa da, qonaqlar bunu bacarmadı.
14 xallı “Karvan-Yevlax” hələ də sonuncu pillədədir. 8-ci pillədəki “Şamaxı”nın 32 xalı var.

"Qarabağ" – "Sabah" 0:1
Qol:
A.Xaybullayev, 45.
“Qarabağ” 99. Mateus Koxalski 27. Toral Bayramov 10. Abdullah Zubir (k) 81. Kevin Medina 20. Kadi Borqes 2. Mateus Silva 9. Joni Montiel 18. Dani Bolt 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran 
Baş məşqçi: Qurban Qurbanov
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 55. Bədavi Hüseynov 77. Ramil Şeydayev 22. Musa Qurbanlı 8. Marko Yankoviç 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 24. Jeremi Qnali
“Sabah” 92. Stas Pokatilov (k) 6. Abdulax Xaybulaev 20. Coy Lens Mikels 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 11. Kahim Parris 19. Aron Maluda
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 10. Aleksey İsayev 2. Amin Seydiyev 5. Rəhman Daşdəmirov 9. Xəyal Əliyev 70. Cesse Sekidika 22. Zinedin Uld Xaled 99. Patrik Mbina 53. Andrey Santos 83. Stefan Ende
Baş məşqçi: Valdas Dambrauskas

“Sabah” “Qarabağ”ı səfərdə məğlub etməklə çempionluq yolunda çox əhəmiyyətli addım atdı. “Köhlən atlar”ın bundan sonra “Sabah”a çatması xeyli çətin olacaq. Oyundakı yeganə qolu 45-ci dəqiqədə Xaybulayev vurdu. Maraqlıdır ki, fasilədən dərhal sonra qırmızı vərəqə alan Abdullax komandasını azlıqda qoydu. Amma “Qarabağ” bu say üstünlüyündən istifadə edib, “Sabah”ın qapısına yol tapa bilmədi. Belədə “Sabah” birinci hissədə vurulan qolun sayəsində vacib 3 xal qazandı.
Lider “Sabah” xalını 69-a çatdırdı. “Qarabağ” onun ən yaxın izləyicisidir. Lakin aradakı xal fərqi 13-ə bərabərdir.

“Kəpəz” – “İmişli” 0:1 
Qol:
Azər Salahlı, 38
"Kəpəz": 33. Yusif İmanov, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 17. Ümid Səmədov, 11. Rəhman Hacıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 88. Şakir Seyidov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 6. Camal Cəfərov, 80. Şahnur İsmayılov, 57. Amur Yusifov, 10. Ryonosuke Ohori.
Baş məşqçi: Azər Bağırov.
"İmişli": 1. Hüseynəli Quliyev, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 94. Rafael Vyeqas, 10. Nikola Karaklaiç, 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 6. Yav Mozes, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 99. İmam Əli, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 11. Vüsal Qənbərov, 30. Xəlil Mürsəlli, 79. Dioqo Kardozo, 17. Ezekiel Morqan.
Baş məşqçi: Jorje Kaşkilya.

Azər Salahlı “Kəpəz”lə Yevlaxda keçirilən oyunun qəhrəmanı oldu. Məhz onun qolu sayəsində “İmişli” “Kəpəz”i məğlub etməyi bacardı. Ardıcıl ikinci qələbəsini qazanan aran təmsilçisi son üç görüşdə aktivinə 7 xal yazmağı bacarıb. “Kəpəz” isə ardıcıl xallar itirir. Sanki komanda “qara zolağa” düşüb və ordan çıxmağa çətinlik çəkir. “Qarabağ” üzərində qələbə qazanan “Kəpəz” ardıcıl üçüncü oyundur ki, meydandan xalsız ayrılır.
“İmişli” bu qələbə sayəsində xalını 29-a çatdırıb, 9-cu pillədə möhkəmləndi. 21 xalı olan “Kəpəz” isə 10-cu sırada qərarlaşıb.

“Sumqayıt” – “Qəbələ” 1:0 
Qol:
Höccət Haqverdi, 19
"Sumqayıt": 22. Xəyal Fərzullayev (k) 3. Höccət Haqverdi 7. Rüstəm Əhmədzadə 75. Nadir Orucov 10. Nikola Ninkoviç 72. Rayan Senhadji 6. Sedrik Badolo 23. Ronaldo Vaskez 71. Masaki Murata 80. Keffel Resende 11. Aleksa Yankoviç
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 12. Murad Ağamalıyev 29. Emil Mustafayev 8. Səbuhi Abdullazadə 24. Sənan Muradlı 21. Nihad Əhmədzadə 97. Vüsal Paşayev 9. Aleksandr Ramalinqom 25. Abdul Raşid Mumini
Baş məşqçi: Saşa İliç
"Qəbələ": 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 13. Nicat Əliyev 27. Eşqin Əhmədov 24. İsmael Akinade 33. Seydina Keyta 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 14. Domi Massumo 30. Prins Ovusu
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 12. İbrahim Sanqare
Baş məşqçi: Kaxaber Tsxadadze

“Sumqayıt” da uzun fasilədən sonra qələbə qazandı. Doğma meydanda “Qəbələ”ni qəbul edən “gənclik şəhəri”nin təmsilçisi 3 xal qazanmaq fürsətini əldən qaçırmadı. Höccət Haqverdinin 19-cu dəqiqədə vurduğu qol oyunda yeganə oldu. Hesab meydan sahiblərini qane etdiyindən onlar bu üstünlüyü qorumaq üçün çalışdılar. Qonaqlar isə zamanı və ələ düşən fürsətləri boşa verdilər. Belədə məğlubiyyət də qaçılmaz oldu.
Uzun fasilədən sonra qələbə qazanan “Sumqayıt” 7-ci pilləni 35 xalla tutur. 19 xallı “Qəbələ”nin tək təsəllisi “Karvan-Yevlax”dan öndə olmasıdır.

Amal Abuşov
 

Seçilən
61
50
fanat.az

10Mənbələr