AZ

Neft qiymətləri 5 faizdən çox artdı

Bazar ertəsi ticarətində neft qiymətləri ABŞ-nin İran gəmisini ələ keçirməsindən və Tehranın Hörmüz boğazını yenidən blokadaya almasından sonra Y5%-dən çox artıb.

"Yeni Sabah" xəbər verir ki, Londonun "ICE Futures" birjasında iyun ayı üçün "Brent" markalı xam neft fyuçerslərinin qiyməti (+5,48%) 95,33 dollar təşkil edib. Cümə günü bu müqavilələr 90,38 dollar/barel idi.

Nyu-York Ticarət Birjasının (NYMEX) elektron ticarətində iyun ayı üçün WTI xam neft fyuçersləri (+5,98%) artaraq 87,53 dollar/barel təşkil edib (əvvəlki qiymət 82,59).

İran hakimiyyəti Hörmüz boğazını mülki gəmiçilik üçün açdığını elan etdikdən sonra hər iki xam neft növü cümə günü 9%-dən çox azalıb. Bunun ardınca ABŞ Prezidenti Donald Tramp İranla yekun atəşkəs razılaşması əldə olunana qədər Amerikanın boğazın blokadasının davam edəcəyini bildirib.

Şənbə günü İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazını yenidən bağladığını bəyan edib. Bazar günü isə ABŞ qüvvələrinin Oman körfəzində üzən İran bayrağı altında yük daşıyan gəmini ələ keçirib.

Tehran Vaşinqtonun şişirdilmiş tələblərini, qeyri-real gözləntilərini, danışıqlar mövqelərində daimi dəyişiklikləri və İranın davam edən dəniz blokadasını əsas gətirərək ABŞ ilə yeni danışıqlar raundunu rədd edir.


Telegram kanalımız
Seçilən
61
50
yenisabah.az

10Mənbələr