AZ

Azərbaycan Premyer Liqasında son 10 mövsümün tamaşaçı rekordu qeydə alınıb

Bakı, 20 aprel, AZƏRTAC

Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu, XXVIII turun “Qarabağ” – “Sabah” matçına (0:1) təsadüf edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanı 17 min 338 seyrçi izləyib.

Bu oyunadək əvvəlki rekord da eyni komandaların bu arenadakı görüşünə təsadüf etmişdi. XXII turun 3:3 hesabı ilə bitən qarşılaşmasını 10 min 361 tamaşaçı seyr edib.

XXVIII turun oyunundakı nəticə həm də son 10 mövsümün ən yüksək göstəricisidir. Daha çox tamaşaçının izlədiyi sonuncu görüş 2015-2016-cı illər mövsümündə baş tutub. 2016-cı il fevralın 14-də Gəncə şəhər stadionunda keçirilən “Kəpəz” – “Qarabağ” oyununa 20 min 400 nəfər tamaşa edib.

Seçilən
1
17
azertag.az

10Mənbələr