AZ

Son 10 mövsümün rekordu

Azərbaycan Premyer Liqasında son 10 mövsümün tamaşaçı rekordu qeydə alınıb.

Publika.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, 28-ci turun "Qarabağ" - "Sabah" matçına (0:1) təsadüf edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanı 17 338 tamaşaçı izləyib.

Bu oyunadək əvvəlki rekord da eyni komandaların bu arenadakı görüşünə təsadüf edib. 22-ci turun 3:3 hesabı ilə bitən qarşılaşmasını 10 361 tamaşaçı izləyib.

28-ci turun oyununda qeydə alınan nəticə həm də son 10 mövsümün ən yüksək göstəricisidir. Daha çox tamaşaçının izlədiyi sonuncu görüş 2015/2016 mövsümündə baş tutub. 2016-cı il fevralın 14-də Gəncə şəhər stadionunda keçirilən "Kəpəz" – "Qarabağ" oyununa 20 400 nəfər tamaşa edib.

Seçilən
0
16
publika.az

10Mənbələr