Misli premyer-liqasında mövsümün azarkeş rekordu qeydə alınıb
"Football-plus.az" xəbər verir ki, bu, 28-ci turun “Qarabağ” – “Sabah” matçına (0:1) təsadüf edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanı 17 min 338 seyrçi izləyib. Bu oyunadək əvvəlki rekord da eyni komandaların bu arenadakı görüşünə təsadüf etmişdi. 12-ci turun 3:3 hesabı ilə bitən qarşılaşmasını 10 min 361 tamaşaçı seyr edib.
28-ci turun oyunundakı nəticə həm də son 10 mövsümün ən yüksək göstəricisidi. Daha çox tamaşaçının izlədiyi sonuncu görüş 2015/16 mövsümündə baş tutub. 2016-cı il fevralın 14-də Gəncə şəhər stadionunda keçirilən “Kəpəz” – “Qarabağ” oyununa 20 min 400 nəfər tamaşa edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta