AZ

Elektron satınalmaların dəyəri 14%-ə yaxın artıb

2026-cı ilin yanvar-fevral ayları ərzində elektron satınalmalar ötən ilin analoji dövrü ilə müqayisədə say üzrə 11,1%, məbləğ üzrə isə 13,9% artıb.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bildirir.

Belə ki, bu ilin ilk iki ayında ərzində elektron satınalmaların sayı 783 vahid, məbləği isə 407,1 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə elektron satınalmaların sayı 705, məbləği isə 357,5 milyon manata bərabər idi.

Qeyd edilən dövr ərzində açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı 3,9 olub. Bildirilib ki, bu, sağlam rəqabətin, kiçik və orta sahibkarlarların (KOB) fəallığının və iqtisadi diversifikasiyanın göstəricisidir.

“Dövlət satınalmalarının rəqəmsallaşdırılması iqtisadi səmərəliliyi təmin edir, kiçik və orta sahibkarların (KOB) dövlət sifarişlərinə çıxışını asanlaşdırır və informasiya əlçatanlığını artırmaqla bazarda bərabərliyi təşviq edir”, - məlumatda əlavə edilib.

Seçilən
8
7
fed.az

10Mənbələr